Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın polisi hədələdi - VİDEO

Qadın polisi hədələdi - VİDEO

Date: 3 December 2015 19:05

Yevlax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirildi.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, sürücülük hüququ olmadan avtomobil idarə edən, sərxoş vəziyyətdə olan, ötmə qaydalarını pozan, görməni məhdudlaşdıran şüşələrdən istifadə edən, avtomobili texniki baxışdan keçirməyən, əsasən də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlandı. Onlar barəsində inzibati qaydada tədbirlər görüldü, cərimələr tətbiq edildi. Sürücülük hüququ olmayanların avtomobilləri cərimə meydançasına aparıldı.

Reyd zamanı yol polisinə müqavimət göstərən və xidmətin aparılmasına mane olmağa çalışan sürücülərə də rast gəlindi. Ümumilikdə 20 sürücü barəsində inzibati-protokol tərtib edildi.

"Qaydaları pozan, avtomaşını sərxoş vəziyyətdə idarə edən, sürücülük hüququ olmayan, kateqoriyası olmayan, ötmə qaydasını, üfüqi nişanlanma xətlərinin tələblərini, manevr etmə qaydalarını pozan və digər bu kimi hallara yol verən sürücülərə qarşı mübarizə daha da gücləndirilib", - deyə Yevlax RPŞ-nin DYP bölməsinin rəisi Cavanşir Vəliyev bildirib.

Reydlər davam etdiriləcək.

Milli.Az


Tags:  Qadın polisi hədələdi VİDEO


RƏYLƏR


Top news