Sahil qəsəbəsində əlil uşaqlarla görüş keçirilib

Sahil qəsəbəsində əlil uşaqlarla görüş keçirilib
19:18 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları “Müşviq”in reabilitasiya prosesi ilə yaxından tanış olaraq əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Uşaqların hazırladıqları bədii proqram təqdim olunub. Onların cəmiyyətə inteqrasiyasında atılmış müsbət addımlardan danışılıb.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinə ərzaq məhsulları paylanılıb.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahil_qesebesinde_elil_usaqlarla_gorus_kechirilib-908036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR