Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Latviyanın Rifah Nazirliyinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Latviyanın Rifah Nazirliyinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Date: 3 December 2015 19:28


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycana rəsmi səfərə gələn Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 3-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Azərbaycan övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhərin yüksək nöqtəsindən Bakının ümumi mənzərəsini seyr edən nümayəndə heyətinə paytaxtın inkişafı, tarixi memarlıq xüsusiyyətləri qorunub saxlanmaqla, burada həyata keçirilən müasir infrastruktur layihələri, görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar verilib.


Tags:  Latviyanın Rifah Nazirliyinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib


RƏYLƏR


Top news