"Türkiyə-Suriya sərhədləri bağlanmalıdır"

"Türkiyə-Suriya sərhədləri bağlanmalıdır"
19:32 3 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Milli.Az-ın məlumatına görə, musavat.com xəbər verir ki, S.Lavrov Türkiyə-Suriya sərhədlərinin bağlanmasının vacib olduğunu söyləyib. Nazir onu da qeyd edib ki, həftənin əvvəlində Parisdə görüşən V.Putin və B.Obama Türkiyə-Suriya sərhədlərinin bağlanmasına dair danışıqlar aparıblar.

Bu mövzuda Türkiyəyə yardım edilməsinin vacibliyini vurğulayan S.Lavrov "Burada neft qaçaqçılığına dair uzun bir araşdırma başladılmalıdır. Türkiyə-Suriya sərhədi bağlanmalıdır" - deyə qeyd edib.

S.Lavrov bu mövzuda kürd əsgərlərinin və Amerika hərbçilərinin də kömək edə biləcəyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamada Türkiyənin İŞİD ilə neft qaçaqmalçılığına müdaxil etdiyinə dair sənədləri BMT-yə göndərəcəklərini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR