Tələbələrə iş axtarmağın yolları göstərilib

Tələbələrə iş axtarmağın yolları göstərilib
19:38 3 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “CSS” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Ali məktəbdən müəssisəyə bir addım” proqramı çərçivəsində ADU-nun yuxarı kurs tələbələri, magistr və məzunları ilə görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə “CSS” şirkətinin nümayəndəsi Leyla Quliyeva tədbir haqqında məlumat verib, görüşün məqsədinin tələbələri iş mühiti ilə tanış etmək, şirkətlərlə əlaqə yaratmağın yollarını göstərmək olduğunu bildirib. Təlim xarakterli görüşdə tələbələrin iş tapmaqda üzləşə biləcəkləri problemlər və onların aradan qaldırılması yolları, işə qəbul prosesi, karyerada uğurla addımlamaq üçün tələbəlik illərinin səmərəli keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra tələbələrə anket sorğusu və bukletlər paylanılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebelere_is_axtarmagin_yollari_gosterilib-908044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR