Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Latviyalı rəsmilər Azərbaycan Xalça Muzeyində

Date: 3 December 2015 19:53

Bakı. Trend:

Dekabrın 3-də Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyinin qonağı olublar.

Muzeyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva fəxri qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verib.

Qonaqlara bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Muzeyin “Qızıl Fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssüratlar oyadıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Latviyalı rəsmilər Azərbaycan Xalça Muzeyində

RƏYLƏR


Top news