"Cahilcəsinə edilən tənqidi və təhqiri qəbul etmirəm"

"Cahilcəsinə edilən tənqidi və təhqiri qəbul etmirəm"
19:56 3 Dekabr 2015
66 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva “Səs Azərbaycan” musiqi yarışmasının sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunmasından söhbət açıb.
 
Axşam.az-ın məlumatına görə, musavat.com-a açıqlama verən sənətçi Azərbaycan televiziya məkanında “Səs Azərbaycan” layihəsinin yenilik olduğunu bildirib:

“Sözügedən layihə yenilikdir, böyük bir inqilabdır. Televiziya məkanımızda “Səs Azərbaycan” kimi böyük şou olmamışdı. Hər iş kimi bu müsabiqə də bəyənildiyi qədər, tənqid də olunur. Veriliş peşəkar adamlar tərəfindən tənqid olunursa, orada dialoqa və müzakirəyə yer var. Qeyri-peşəkar, cahilcəsinə edilən tənqidi və təhqiri qəbul etmirəm. Səs komandası və peşəkar münsif olaraq, tənqidlərə reaksiya vermirik. Təəssüf edirik ki, sosial şəbəkələr tənqidi şərhlərlə doludur”.

Əməkdar artist yeni yaradıcılıq işlərindən də bəhs edib:

“Tezliklə yeni sinqlım çıxacaq, adını işıq üzü görən günü açıqlayacam, fərqli mahnıdır. Hüseyn Cavidin şeirinə yazdığım “Görmədim” lirik mahnımı da tamaşaçıların ixtiyarına verəcəyəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR