Azərbaycan bəlkə də dünyada analoqu olmayan tolerant bir dövlətdir

Azərbaycan bəlkə də dünyada analoqu olmayan tolerant bir dövlətdir
20:03 3 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyevin ölkədə baş verən son hadisələr, eləcə də gündəmin mövzusu olan Nardaran hadisələri ilə bağlı İnform.az saytına açıqlaması

Nardaranda baş verən hadisələri narazılıq kimi qələmə vermək də düzgün deyil. Burada bir qrup şəxs Azərbaycanda stabilliyin pozulması və gərginliyin yaranmasına çalışırdı. Təbii ki, bunlar dini inancı və etiqadı qabardaraq buna nail olmaq istəyirdilər. Bunu bütün nardaranlılara şamil etmək olmaz. Çünki Nardaran tarixən Bakının inanclı, imanlı və zəhmətsevər kəndlərindən olub və olmaqdadır. Burada söhbət xarici xüsusi xidmət orqanlarının himayəsi və havadarlığı altında bir qrup şəxsin radikal addımlarından gedir.

Azərbaycanın bir sıra bölgələrində də özlərinə tərəfdarlar əldə edən bu qrupun əsas məqsədi Azərbaycanda konstitusion quruluşu ləğv edib islami dövlətin yaradılmasıdır. Bunun da qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınır. Tarixən Nardaran şiəliyi təbliğ edən və maarifçiliklə məşğul olan bir kənd olub. Nardaranlılar Füzulini, Nəsimini, Şirazini dərindən bilən şəxslərlə də məşhur olub. Demək olar ki, müsəlmanların ən böyük şiə imamı olan Əlinin adı ilə bağlı pirin, inanc yerinin məhz bu kənddə olması da böyük rol oynayır.

Lakin bir vaxtlar, daha doğrusu, 1990-cı illərdə Azərbaycanda gedən proseslərdən, müharibədən, xaosdan, qaçqın həmvətənlərimizin çoxluğundan istifadə edən xarici xüsusi xidmət orqanları gənclərimizin arasından bir sırasını oxumaq adı ilə xarici kəşfiyyat mərkəzlərinə apardılar və demək olar ki, indi həmin şəxslərdən istifadə edirlər. Zaman-zaman onların fəaliyyətlərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb və hazırda da alınır.

Azərbaycan bəlkə də dünyada analoqu olmayan tolerant bir dövlətdir. Burada heç kim inancına görə ayrılmayıb, məzhəb davası düşməyib, bu səpkidə məcburiyyətlərə məruz qalmayıb. Düşünürəm ki, ABŞ-da baş verən məlum 11 sentyabr hadisəsindən sonra dünya dini radikalizmin dövlət və milli təhlükəsizliyə ən böyük təhdidlərdən biri olduğunu başa düşdü. Bundan da bütün dünya radikalları istifadə edir. Bunların da bir hissəsi Suruyada və ya digər ərazilərdə baş verənlərdən bəhrələnərək öz təxribatlarını Azərbaycanda da həyata keçirmək istəyirlər. Buna hər hansı kommunal problem donu geyindirmək də yanlışdır.

Unutmaq lazım deyil ki, bu kəndlərdən çətin şəraitdə olan cəbhə bölgələrimiz var. Bunlar səbəb deyil, bəhanədir. Bütün bu qurumlar daima nəzarətdə olub və olacaqlar da. Çünki Azərbaycan dünyəviliyi qəbul edən, konstitusiyalı bir dövlətdir və onu qorumaq, qanla, müharibələrlə, şəhid verməklə əldə edilən müstəqilliyimizi qorumaq hamının borcudur…"

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR