Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycandan bir milyonluq yardım

Azərbaycandan bir milyonluq yardım

Date: 3 December 2015 20:05

Cari ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Milli.Az


Tags:  Azərbaycandan milyonluq yardım


RƏYLƏR


Top news