Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güllü Muradova Azərbaycan opera səhnəsinin yeni Leylisi olub

Güllü Muradova Azərbaycan opera səhnəsinin yeni Leylisi olub

Date: 3 December 2015 20:07

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni Leylinin ifasında təqdim edilib.
"Report" xəbər verir ki, Leyli obrazını bu dəfə istedadlı gənc xanəndə Güllü Muradova ifa edib. Tamaşada Məcnun rolunda əməkdar artist Səbuhi İbayev çıxış edib. Tamaşanın rejissoru Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Tamaşanı Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri iştirak edir.
Qeyd edək ki, "Leyli və Məcnun" operası xalq artisti, mərhum xanəndə Baba Mahmudoğlunun 75 illik yubileyi münasibətilə oynanılıb. 



Tags:  Güllü Muradova Azərbaycan opera səhnəsinin yeni Leylisi olub


RƏYLƏR


Top news