Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Dekabr
20:14 3 Dekabr 2015
64 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Rusiya baş nazirinin Türkiyədən idxalına qadağa qoyulan malların siyahısını açıqlaması və Kənd Təsərrüfatı Nazirliyinin bu siyahını genişləndirməyi düzgün hesab etməməsi... Rusiya Mərkəzi Bankının bu qadağalardan sonra ölkədə qiymət artımının yaşanmayacağını, amma rus ekspertlərin bunun düzgün hesablama olmadığını dilə gətirmələri... Rusiya Müdafiə Nazirliyinin Türkiyəni İŞİD-lə neft alverində ittiham etməsi və ABŞ-ın bunu əsassız adlandırması... Putinin Ankaranı daha ağır sanksiyalarla hədələməsi və Əhməd Davudoğlunun bu sanksiyalara daha effektiv cavab verə biləcəkləri gücdə olduqlarını çox sakit tərzdə söyləməsi... Moskvanın Suriyada antiterror əməliyyatları adı altında Bəşər Əsədi hakimiyyətdə saxlamaq planları və Əsədi istəməyən, NATO-da Türkiyənin müttəfiqi olan Qərb koalisiyasının iki əsas dövləti - Fransa və Böyük Britaniyanın anidən bölgədə yenidən aktivləşməsi... Görünən odur ki, Türkiyə ilə münasibətləri gərginlikdə saxlamaq Putinin öz ziyanına işləyir... 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR