Belqradda Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçirilib

Belqradda Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçirilib
20:17 3 Dekabr 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Türkiyə və Rusiya xarici işlər nazirləri Belqradda bir araya gəlib.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş ATƏT-in Nazirlər Şurası çərçivəsində baş tutub.
Nazirlərin görüşü 40 dəqiqə çəkib və detalları barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, bu, Türkiyənin sərhədlərini pozduğuna görə Rusiya təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra tərəflər arasında ilk rəsmi təmasdır.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/belqradda-rusiya-ve-turkiye-xi-n-bascilari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR