Saakaşvili vətəndaşlıqdan məhrum ola bilər

Saakaşvili vətəndaşlıqdan məhrum ola bilər
20:21 3 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın prezidenti Georgi Marqvelaşvili yaxın günlərdə Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum etmək haqqında qərar qəbul edəcək.

ANS PRESS-in məlumatına görə, ölkənin Ədliyyə Nazirliyinin rəhbəri Teya Tsulukiani bununla bağlı nazirliyin Marqvelaşviliyə müraciət etdiyini bildirib.

O, oktyabr ayında Ukrayna tərəfindən müraciət edildiyini və Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi prosesinə başlanıldığını qeyd edib.


Teya Tsulukani - Gürcüstanın ədliyyə naziri


Gürcüstan qanunlarına əsasən, Gürcüstan vətəndaşı olan şəxs başqa ölkənin vətəndaşlığını alırsa, avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirir. Lakin bunun üçün bir sıra texniki prosedurlar tələb edilir.

Ədliyyə Nazirliyinin xüsusi xidmətləri Saakaşvilinin vətəndaşlığı haqqında rəy hazırlamalı və onun ləğv edilməsi haqqında prezidentə müraciət edilməli, prezident isə onu təsdiqləməlidir.



Saakaşvili Gürcüstanı 2013-cü ilin noyabrında - hazırki prezident Georgi Marqvelaşvili vəzifəyə gələndən sonra tərk edib. Hazırda o, Ukraynanın Odessa vilayətinin qubernatorudur.

Ölkənin baş prokurorluğu qiyabi olaraq ona qarşı bir neçə cinayət işi üzrə ittiham irəli sürüb. Onlar içərisində dövlət vəsaitindən 5 milyon dolların öz ehtiyaclarına xərclənməsi də var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR