Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakəndə məktəblilərin şahmat yarışı başa çatıb

Balakəndə məktəblilərin şahmat yarışı başa çatıb

Date: 3 December 2015 20:23


Balakən, 3 dekabr, AZƏRTAC
Balakəndə məktəblilər arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 16 yeniyetmə şahmatçının iştirakı ilə keçirilən yarışı rayon şahmat məktəbinin hakimləri idarə edib.
Yekun nəticələrə görə, humanitar və texniki təmayüllü liseyin şagirdi Kamil Ocaqverdiyev yarışı birinci pillədə başa vurub. Sonrakı yerləri Tülü kənd məktəbinin şagirdi Ramazan Ramazanov, Balakən şəhərindəki tam orta məktəblərin təmsilçiləri Nübar Eminova və Nəfisət İsmayılova tutublar.
Qaliblər diplom və medallarla mükafatlandırılıb.


Tags:  Balakəndə məktəblilərin şahmat yarışı başa çatıb


RƏYLƏR


Top news