Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

Date: 3 December 2015 20:28


Qahirə, 3 dekabr, AZƏRTAC
Misirin kasasiya məhkəməsi “Müsəlman qardaşlar” qrupunun bundan əvvəl onlar barədə çıxarılmış ölüm hökmündən və ömürlük həbs cəzasından apelyasiyasını təmin edib.
Yerli KİV-lər xəbər verirlər ki, məhkəmə Misirdə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” assosiasiyasının dini rəhbəri Məhəmməd Badia da daxil olmaqla cəmi 13 ölüm hökmünü, habelə 25 fəalın ömürlük həbs cəzası barədə qərarı ləğv edib.
Məhkəmə bu hökmləri ləğv etdikdən sonra müvafiq işləri yenidən baxılmaq üçün geri qaytarıb.
Qeyd etmək lazımdır ki, apelyasiya “Rabiya al-Adaviya qərargahı” adlı işə aid edilib. Bu işə aid olanlar 2013-cü ildə yaratdıqları operativ qərargah vasitəsilə dövlətə qarşı təxribatçılıqda ittiham ediliblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Tags:  Müsəlman qardaşların dini rəhbəri barədə ölüm hökmü ləğv edilib


RƏYLƏR


Top news