Prezident İlham Əliyev: TANAP layihəsi vaxtında, bəlkə də daha tez icra ediləcək

Prezident İlham Əliyev: TANAP layihəsi vaxtında, bəlkə də daha tez icra ediləcək
20:33 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Transanadolu (TANAP) layihəsi vaxtında - 2018-ci ildə, bəlkə də daha tez icra ediləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib: "Bu gün, eyni zamanda bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq. Burada da həm ölkələrimiz, həm xalqlarımız, həm bölgə, həm də dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP Türkiyə-Azərbaycan layihəsidir və biz bu layihəni birgə icra etməyə başladıq və bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir".

Prezident İlham Əliyev bildirib ki, TANAP layihəsinin icrasında heç bir problem yoxdur: "Bu gün biz bir daha bu məsələni müzakirə etdik və əminəm ki, bu layihə vaxtında - 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcək. Beləliklə, Azərbaycan Türkiyəyə, sonra Avropaya daha böyük həcmdə təbii qaz ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni, alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər ancaq bu layihənin icrasından fayda götürəcəklər".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2464881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR