Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağstafada reyd: Çörək maşınında görün nə tapıldı...

Ağstafada reyd: Çörək maşınında görün nə tapıldı...

Date: 3 December 2015 20:34

Dekabrın 3-də Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, idarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (Stansiyasında) 90cx615 dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

 

Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum  olub ki, heyvan öldükdən (murdar olduqdan) sonra onun başı kəsilib və satış üçün nəzərdə tutulub.

 

Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək. 





Tags:  Ağstafada reyd Çörək maşınında görün tapıldı

RƏYLƏR


Top news