Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Çin alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir

Azərbaycan və Çin alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb (23 Fevral 2017 12:57)
BANM-in tələbəsinin layihəsini yapon şirkəti aldı - FOTO (22 Fevral 2017 11:05)
BANM-in tələbəsinin layihəsini yapon şirkəti alıb (22 Fevral 2017 10:57)

Tarix: 3 Dekabr 2015 20:37

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan və Çin alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir. 
Agentlikdən "Report"a verilən məlumata görə, Azərbaycan-Çin Hökümətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Pekin şəhərində keçirilmiş 5-ci iclası çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun Çinin energetika üzrə dövlət qurumları və qabaqcıl şirkətlərinin rəhbərləri ilə rəsmi görüşləri baş tutub.
Dövlət Agentliyinin Çin Xalq Respublikasının Milli Energetika Administrasiyası, həmçinin Yaşıl Enerji Şirkəti, Powerchina Enerji Tikinti Korporasiyası, Hanergy Holdinq Qrupu ilə görüşdə iki dövlət arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsində tərəflər yüksək maraq olduğunu vurğulayıblar.
Görüşlər zamanı dost ölkə ilə alternativ və bərpa olunan enerji mənbələri sahəsi üzrə təcrübə mübadiləsi, istehsal sahələrinin layihələndirilməsi və tikintisi, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin Çinin enerji şirkətləri Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrə və bu istiqamətdə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması üzrə sərmayə qoyuluşuna maraqlı olduqlarını bildiriblər. 

Teqlər:  Azərbaycan Çin alternativ bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir



RƏYLƏR


Top xəbərlər