Haymoritdən necə qurtulmaq olar? - DİQQƏT

Haymoritdən necə qurtulmaq olar? -  DİQQƏT
20:39 3 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

“Baş ağrıları haymoritin ən qabarıq simptomlardan biridir”

 

“Burun tənəffüsünü çətinləşdirən istənilən faktor haymoritə səbəb ola bilər”

 

"Haymor cibləri barədə ən dolğun məlumat kompüter tomoqrafiya müayinəsi nəticəsində əldə olunur"

 

“Sinusit problemi poliplə bağlı olanda ifrazat axıntısı demək olar ki, qeydə alınmır” 

 

“Rentgen müayinəsinin sinusitin diaqnostikasında rolu azdır”

 

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında otorinolorinqoloq, cərrah Sadiq Rzayev deyib. 

 

Mütəxəssis bildirib ki, haymorit orqanizmdə gedən iltihabi problemlərdən, proseslərdən biridir: “Haymorit sinusitin kiçik bir hissəsidir. Həmin hissədə haymor cibindən başqa ciblər də var. Sadəcə olaraq, əhali arasında haymorit sözü daha çox işlənir. Əslində isə digər ciblərin iltihabına da geniş rast gəlinir. Eləcə də alın ciblərinin iltihabı – frontit də geniş yayılan problemlərdən biridir. Haymor cibi anatomik boşluq olduğuna görə onun iltihabı belə adlandırılır. Amma qərb mənbələrində, tibbi ədəbiyyatlarda haymorit adından istifadə olunmur və problem sinusit olaraq adlandırılır. Haymorit sözünə yalnız sovet, rus ədəbiyyatında rast gəlinir”.

 

 

S. Rzayev deyib ki, bir çox hallarda haymoritə diaqnoz qoyulmaması nəticəsində problemin aradan qaldırılması uzun müddət davam edib. Son 20-25 ildə isə Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya müayinələrinin geniş tətbiq olunması bu problemə vaxtında və dəqiq diaqnoz qoyulmasına səbəb olur.

 

Mütəxəssis onu da qeyd edib ki, haymoritin diaqnostikasında rentgen müayinəsinin rolu azdır: ”Rentgenin verdiyi informasiya çox kasaddır. Çünki Rentgen problem olan nöqtəni cəmi bir kəsikdə çəkir, Kompüter Tomoqrafiya  isə bir neçə kəsikdə, bir neçə proteksiyadan xeyli kəsiklər apararaq tam detalı görməyə imkan verir. Bu müayinə metodları tətbiq olunmadığı dönəmlərdə diaqnoz ya doğru qoyulmurdu, ya da qismən doğru olurdu. Bu isə xəstəliyin geniş yayılması, müalicəsinin uzanması, bir sıra hallarda isə mümkünsüz hala gəlməsi ilə nəticələnirdi”.

 

 

Otorinolorinqoloq qeyd edib ki, kəskin sinusit zamanı əlamətlər özünü qabarıq şəkildə büruzə verir: “Baş ağrıları ən qabarıq simptomlardan biridir. Burundan gələn irinli ifrazat da əsas simptomlardan biri sayılır. Bəzən isə xəstənin özünün də hiss edə biləcəyi kəskin qoxu olur. Temperaturun yüksəlməsi, haymor ciblərində, alında ağrılar da xarakterik əlamətlərdəndir. Kəskin sinusitdə ağrılar daha çox olur. Çox zaman xəstələr baş ağrıları ilə bağlı nevroloqlara müraciət edirlər. Əgər bu zaman Kompüter Tomoqrafiya müayinəsi aparılarsa, məlum olur ki, xəstə kəskin haymoritdən əziyyət çəkir”.

 

Cərrahın sözlərinə görə, bəzən üst dişlərdə olan problemlər nəticəsində də haymorit yaranır: “Məsələn, üst dişlərin kökü haymor cibində acıldığı hallarda dişə dental plomb qoyulan zaman plomb materialı haymor cibinə atıla, orada irinə çevrilmə prosesi baş verə bilər. Bu isə təbii ki, ciddi fəsadlara səbəb olar”.

 

Həkim deyib ki, əksər hallarda haymoritin uzanması anatomik problemlərlə bağlı olur: “Burun tənəffüsünü çətinləşdirən istənilən faktor, o cümlədən irinli ifrazat haymoritin əlaməti ola bilər. Eyni zamanda bütün bunların haymoritə səbəb olması mümkündür”.

 

Mütəxəssis vurğulayıb ki, dişlə bağlı olan sinusit zamanı haymoritin klinikası başqa, poliplə bağlı olanda isə tamam başqa cür olur. Həkim bildirib ki, haymorit poliplə bağlı olanda ifrazat axıntısı demək olar ki, qeydə alınmır.  

 

S. Rzayev qeyd edib ki, xroniki sinusitlərin əsas səbəbi anatomik anormallıqlardır: “Burun tənəffüsünün qarşısını alan hər hansı anormallıqlar insanı sinusitə meylli edir. Hər hansı bir anatomik anormallıq burun tənəffüsünün qarşısını alır və haymoritə bir addım da yaxınlaşdırır. Bu problem aradan qaldırılmadıqca xəstəlik sağalmaz.

 Məsələn, sinusun içərisinə keçmiş plomb materialı oradan çıxarılmayana qədər onun səbəb olduğu haymoritin müalicəsi illərlə davam edəcək. Orqanizm özü onu oradan xaric edə bilməz, çünki haymor cibinin axacağı çox kiçikdir. Onu adi gözlə də görmək mümkün deyil”.

 

Həkim onu da deyib ki, burun çəpərinin ətirliyi olan şəxslərdə də haymoritə meyllik olur.

 

Xəstəliyin aradan qaldırılması yolları barədə danışan cərrah qeyd edib ki, dünyada bu problemin müalicəsində çox irəliyə gedilib və əksər hallarda çox müsbət nəticələr əldə olunur: “Ancaq ağır hallarda müalicə nəticəsiz qalanda əməliyyatla problem aradan qaldırılır. Problem dünyada, aparıcı ölkələrdə tətbiq olunan protokollar əsasında aradan qaldırılmalıdır”.

 

Sovet, rus təbabətində haymoritin müalicəsi üçün ciblərin punksiya olunduğunu xatırladan S. Rzayev bunun elə də effektiv metod olmadığını bildirib: "Qərb təbabətində tətbiq olunmayan punksiya kəskin ağrı olduqda bircə dəfə effekt verə bilər".

 

Onun sözlərinə görə, haymoritin ən effektiv müalicəsi burun seliyindən götürülən yaxma ilə törədicinin, mikrobun müəyyənləşməsidir və müalicə yalnız bundan sonra seçilməlidir: “Ən yaxşı nəticə uzunmüddətli antibiotik müalicəsi nəticəsində əldə olunur. Bu, bütün dünyada bu cür qəbul olunub. Amma törədici göbələkdirsə, antibiotiklə müalicə əks təsir verəcək”.

 

O, antibiotiklərdən sui-istifadənin də mikrobların antibiotikə müqavimətini artırdığını deyib. Həkim bildirib ki, əvvəllər adi “penisillin”lə müalicə mümkün olsa da, indi bəzən nəticə almaq mümkün olmur. 

 

Haymoritin türkəçarə və özfəaliyyət şəklində müalicəsi barədə danışan mütəxəssisin sözlərinə görə, bir sıra hallarda türkəçarə metodlarına, ara həkimlərinə meylin olması mütəxəssislərin acizliyindən irəli gəlir: “Bəzən isə dərmanların keyfiyyətsiz olması və problemin müalicəsinin uzanması xəstələrin türkəçarəyə üz tutmasına səbəb olur".

 

 

Həkim onu da deyib ki, burun spreylərindən nəzarətsiz istifadə asılılıq yaradır, onlardan 5 gündən artıq istifadə olmaz.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32

Şedevrli çantalar - FOTO

01 May 2017 01:32

Gəncədə yanğın oldu

01 May 2017 01:29

Goranboyda yol qəzası - Xəsarət alan var

01 May 2017 01:13

Köpək balığı qadına hücum edib

01 May 2017 01:08

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

01 May 2017 01:07

Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

01 May 2017 01:06

Bakıxanovda kişi və qadın döyüldü

01 May 2017 00:48

Kolumbiyada bina uçdu - 18 ölü

01 May 2017 00:39

Pis ruhları qovmağa çalışdılar və...

01 May 2017 00:38

Türkiyədə zəlzələ oldu

01 May 2017 00:28

Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb

01 May 2017 00:17

Qarpız doğrudan da möcüzədir!

01 May 2017 00:12

Astroloji proqnoz - 1 may

01 May 2017 00:08

Şimali Koreya sənəti - FOTO

01 May 2017 00:05

Erməni qızı Azərbaycana qarşı təxribatdan əl çəkmir

01 May 2017 00:05

Günün qoroskopu: köhnə əlaqələri bərpa etmək olar

01 May 2017 00:05

Erməni müğənninin Azərbaycanla bağlı yalanı

01 May 2017 00:04

İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?

30 Aprel 2017 23:57

Sertifikasiyada hansı müəllimlər olacaq?

30 Aprel 2017 23:52

Yas saxlamaq olarmı?

30 Aprel 2017 23:52

"Terminator" qayıdır

30 Aprel 2017 23:50

Putin hokkey meydançasında məşq etdi - VİDEO

30 Aprel 2017 23:48

“Əl-Torqovı”da “ərəbləşən” restoranlar -FOTO

30 Aprel 2017 23:47

B4 vitamininin faydaları

30 Aprel 2017 23:47

Məşhur aktrisa "açarını itirdi"

30 Aprel 2017 23:44

"Müxalifətə hücumları dayandırın"

30 Aprel 2017 23:42

Xalq təbabəti nədir?

30 Aprel 2017 23:42

Kredit kartının borcunu vaxtında ödəməyən haram yeyir?

30 Aprel 2017 23:37

Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

30 Aprel 2017 23:33

Məşhur model Mayamini seçdi - FOTO

30 Aprel 2017 23:32

“Shamkir Chess 2017”-in bağlanış mərasimi oldu - FOTO

30 Aprel 2017 23:32

Dənizində 5 miqrantın meyiti tapılıb

30 Aprel 2017 23:29

Land Rover-dən yeni krossover - FOTO

30 Aprel 2017 23:27