Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Latviyalı nazir Azərbaycan Xalça Muzeyində olub

Latviyalı nazir Azərbaycan Xalça Muzeyində olub

Date: 3 December 2015 20:42

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda səfərdə olan Latviyanın rifah naziri Uldis Auqulinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 3-də Azərbaycan Xalça Muzeyində olub.
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Vurğulanıb ki, muzeyin “Qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin tarix ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu da qonaqlarda xoş təəssüratlar oyadıb.

Tags:  Latviyalı nazir Azərbaycan Xalça Muzeyində olub

RƏYLƏR


Top news