Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çörək maşınında heyvan cəmdəyi tapıldı

Çörək maşınında heyvan cəmdəyi tapıldı

Date: 3 December 2015 20:47

Dekabrın 3-də Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb.

Milli.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (stansiyasında) "90 CX 615" dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum olub ki, heyvan öldükdən (murdar olduqdan) sonra onun başı kəsilib və satış üçün nəzərdə tutulub.

Ağstafa rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək müəyyən edilmiş ərazidə zərərsizləşdirilib.

Milli.Az


Tags:  Çörək maşınında heyvan cəmdəyi tapıldı


RƏYLƏR


Top news