Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Belqradda Azərbaycan və Almaniya xarici işlər nazirlərinin görüşü olub

Date: 3 December 2015 20:48


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində dekabrın 3-də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verib. O, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini vurğulayıb və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tags:  Belqradda Azərbaycan Almaniya xarici işlər nazirlərinin görüşü olub


RƏYLƏR


Top news