Bu yol nişanları çaşqınlığa səbəb olur - VİDEO

Bu yol nişanları çaşqınlığa səbəb olur - VİDEO
21:05 3 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Nişanlar arasında məsafə ən azı 15 metr olmalıdır

Dəfələrlə çaşqınlığa səbəb olan yol nişanları ilə bağlı xəbər təqdim etmişik. Növbəti belə nişanlar Yasamal rayonu Mikayıl Müşfiq küçəsindədir. Təxminən 1 metr ərazidə yerləşən 3 nişan var ki, onlardan ikisi bir-birinə uyğun deyil.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, nişanlardan biri avtobus dayanacağını göstərir. Digəri isə piyada keçidini bildirir. Zolağı isə özündən bir qədər aralıda yerləşir. Onların arasında isə uşaqların keçmə ehtimalının olduğunu göstərən nişan. Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yerləşən nişanlar həm piyadalar, həm də sürücülərin etitazına səbəb olur

Nişanların düzülüşü pik saatlarda hərəkətin intensivliyinə mane ola bilər. Yol hərəkəti haqqında qanunda bu məsələ aydın şəkildə izah edilir. Sözügedən nişanlar arasındakı məsafə indikindən dəfələrələ çox olmalıdır.

Baş Dövlət yol polis idarəsi yanında Siqnal idarəsinin rəisi Məhhəmməd Məmmədov isə bildirir ki, nişanlanma işlərinin aparılması və nişanların quraşdırılması yalnız Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının rəsmi göstərişinə əsasən onların idarəsi tərəfindən aparılmalıdır.chr("39")chr("39")Bizimlə yanaşı müxtəlif qurumlar da özbaşına şəkildə nişan qoyurlar. Bütün problemlər də məhz burdan qaynaqlanırchr("39")chr("39").
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR