Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ailədə 4 nəfərdən üçü I qrup əlildir - VİDEO

Bu ailədə 4 nəfərdən üçü I qrup əlildir - VİDEO

Date: 3 December 2015 21:05

Nə əllərini, nə də ayaqlarını tərpədə bilirlər.

Beynəlxalq əlillər günündə əməkdaşlarımız Şəkidə dörd üzvündənüçü əlil olan bir ailəyə baş çəkib. Əl və ayaqlarını tərpədə bilməyən 3 övladına yalnız anaları baxır. Lakin ana da xəstə olduğundan övladlarına baxmaqda çətinlik çəkir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, nə əllərini nə də ayaqlarını tərpədə bilirlər.Oturub duranda, yemək yeyəndə belə başqaları kömək edir.

Şəkinin Qoxmuq kəndində 4 nəfərdən ibarət Əhmədovlar ailəsinin 3 üzvü birinci qrup əlildir. Elnarə Əhmədova, qardaşları Eldəniz və Qurbanəli Əhmədovlar əlil arabasından asılıdırlar.

Bacı və qardaşların hər 3-ü 13 yaşa qədər normal olublar. O vaxtdan bəri əzələ ölümü dedikləri xəstəlikdən əziyyət cəkirlər. Əlləri və ayaqları zəyifləyir hərəkət edə bilmirlər. Köməklərinə isə anaları gəlir. 3 dekabr beynəlxalq əlillər günündə qayğılarını ifadə etməyə fürsət tapıblar.
Milli.Az


Tags:  ailədə nəfərdən üçü qrup əlildir VİDEO


RƏYLƏR


Top news