Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşanın Adam Mitskieviç adına Universitetinin tələbələri Azərbaycan haqqında məlumatlandırılıb

Polşanın Adam Mitskieviç adına Universitetinin tələbələri Azərbaycan haqqında məlumatlandırılıb

Date: 3 December 2015 21:13


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Adam Mitskieviç adına Poznan Universitetinin rəhbərliyinin dəvəti ilə Poznan şəhərinə səfər edib. Səfər çərçivəsində Adam Mitskieviç Universitetinin rektoru professor Marek Boyarski, tədqiqat və beynəlxalq əməkdaşlıq üzrə prorektor Yatsek Vitkos, tarix fakültəsinin dekanı Kazimyej İlski və Şərq İnstitutunun direktoru professor Kşyştof Pietkieviç ilə görüşlər keçirilib.
Görüşlərdə Adam Mitskieviç adına Universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə qədim və müasir Azərbaycan tarixinə dair ətraflı məlumat verilib. Danışıqlar nəticəsində məlum olub ki, universitetdə il ərzində Azərbaycanla bağlı silsilə tədbirlərin keçirilməsi imkanı mövcuddur.
Sonra səfir universitetin Şərq İnstitutunun müəllim və tələbə heyəti qarşısında “Azərbaycan-Polşa əlaqələrinin tarixi” mövzusunda çıxış edib. O, Azərbaycan–Polşa əlaqələri, ölkəmizin qədim və müasir tarixi, son illər Azərbaycanın əldə etdiyi uğurlar barədə danışıb. Səfir tələbələrin və müəllimlərin suallarını cavablandırıb.

Tags:  Polşanın Adam Mitskieviç adına Universitetinin tələbələri Azərbaycan haqqında məlumatlandırılıb


RƏYLƏR


Top news