“ASAN xidmət”in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

21:13 3 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiya çərçivəsində Xəzər rayonunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin şagirdlərinə şəxsiyyət vəsiqələri verilib.
Aksiya çərçivəsində sosial xidmət müəssisəsinin 78 şagirdinə şəxsiyyət vəsiqəsi təqdim edilib.
Məqsəd sağlamlıq imkanları məhdud uşaqların “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ASAN_xidmetin_Senedsiz_mektebli_qalmasin_aksiyasi_davam_edir-908084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR