Blokların qapısı yox, pəncərələri isə sınıqdır - VİDEO

Blokların qapısı yox, pəncərələri isə sınıqdır - VİDEO
21:22 3 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Vəziyyət sakinləri narahat edir.

Bakıda bir çox binanın bloklarında qapılar, mərtəbələr boyunca da pəncərələrin şüşələri yoxdur. Vəziyyət sakinləri narahat edir. Nəzərə alsaq ki, hava soyuyur və evlərin qızdırılmasına da təsir edən blokların qapı pəncələrinin olmaması problemi aktuallaşır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, blokların qapısı yox, pəncərələri isə sınıqdır. İndi Bakıda belə binaların sayı xeyli çoxdur. Xüsusi ilə qış aylarında bloklarda qapı və pəncərələrin olmaması bina evlərinin qızdırılmasına mane olur. Binəqəni rayonu Süleyman Sani Axundov küçəsindəki evlər kimi.

Binanın kooperativ idarəsinin sədri deyir ki, məsələ ilə bağlı rayon içra hakimiyyətinə müraciət ediblər. Bənzər mənzərəni Nizami rayon Bəhruz Nuriyev küçəsində də görmək mümkündür. Qapısız bloklar heyvanlar üçün məksən olub. Üstəlik bloklara kim gəldi girir.

Mənzil istismar sahəsinin rəisi isə deyir ki, blokların qapı problemi yaxın vaxtlarda həllini tapacaq. Nizami rayon icra hakimiyyətindən də bildirdilər ki, rayondakı bütün binalarda blokların qapısı bərpa ediləcək.

Bu görüntülər isə Xətai rayon İlqar Zülfüqarov küçəsindəndir. Blokların nə qapıları var, nə də pəncərələri. Olanlar da sakinlərin öz xərcələri hesabına qoyulub. Mənzil istismar sahəsinin rəisinin sözlərinə görə bu binalara qapılar yaxın vaxtlarda qoyulacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR