Çavuşoğlu Lavrovla görüşdükdən sonra açıqlama verdi

Çavuşoğlu Lavrovla görüşdükdən sonra açıqlama verdi
21:24 3 Dekabr 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin hava məkanını pozmuş  “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirmək lazım deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra bildirib.

 

“Mən qeyd etmək istərdim ki, noyabrın 24-də Türkiyənin hava məkanının pozulması nəticəsində baş vermiş insident İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirilməməlidir”, deyə Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki,  ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində   baş tutan Çavuşoğlu-Lavrov görüşü Rusiyanın “Su-24” təyyarəsi vurulandan (noyabrın 24-dən) bu vaxtadək  rəsmi səviyyədə baş tutmuş ilk təmasdır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR