Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tarkanı 20 gündə 8 kilo arıqladan PƏHRİZ

Tarkanı 20 gündə 8 kilo arıqladan PƏHRİZ

Date: 3 December 2015 21:27

Türkiyənin meqastarı Tarkanın 20 gündə tam 8 kilo arıqladığını xatırlayırsınızmı? Tarkan qışa girərkən depressiyaya düşməsin deyə pəhrizlə 78 kilodan 70 kiloya düşdü.

Milli.Az lent.az-a istinadən Tarkanın həmin pəhrizini təqdim edir.

Mütəxəssis nəzarəti altında ciddi pəhriz və idmana başlayan Tarkan 20 gün içində 8 kilo arıqlamağı bacarıb. Tarkan hər gün 15 saat idman və "Ac qalmadan arıqla" pəhrizinə əməl edərək əvvəlki formasına qayıdıb. Yağsız və sıfır şəkərlə hər şeyin yeyildiyi bu pəhriz sayəsində həm arıqlamaq, həm də idman edərək bədəni inkişaf etdirmək olar. Tarkan 20 gün boyunca hər gün eyni şeyləri yeyib. Sevdiyi qidalardan da məhrum qalmadan yeyib-içib.

Hər gün bunları yeyin:

2 dilim çörək, ya da yulaf əzməsi

100 qram yağsız pendir

Pomidor, badam salatı, təzə bibər

Bir stəkan süd/çay

30 dəqiqə sonra 1 stəkan qreypfrut, portağal, alma, ya da kök suyu

Səhər yeməyi/günorta yeməyi

İki ədəd ortaboy qaynamış kartof

150-200 qram toyuq, yağsız qırmızı ət, ya da balıq

Duzsuz, yağsız salat

Bir ortaboy banan və kivi

Axşam yeməyi

Bir pors yağsız, duzsuz tərəvəz yeməyi (kartof da əlavə edə bilərsiniz)

İspanaq, bamiya, çuğundur yarpağı, balqabağa üstünlük verin  

Tərəvəzli plov (duzsuz, limonlu)  

Üç yumurta ağı

Meyvə salatı (kivi, armud, banan, yaşıl alma, üzüm)

30 dəqiqə sonra bol limonlu kök rəndəsi

Pəhriz şirniyyatları:

Balqabaq şirniyyatı (dadlandırıcı limon suyu da əlavə edə bilərsiniz)  

Unu tavada qızarana kimi qovurun. Su, dadlandırıcı və limon suyu qaynadılır, sonra isti suyu unun üzərinə tökün.

Düyü unu, pəhriz südü, dadlandırıcı, dilimlənmiş banan, az darçından pəhriz şirniyyatı hazırlaya bilərsiniz.

Unutmayın, gündə 3 stəkandan çox qəhvə içməyin. Çaya limon suyu əlavə edin. Həftədə ən az 3 gün cökə çayı içə bilərsiniz.

Milli.Az


Tags:  Tarkanı 20 gündə kilo arıqladan PƏHRİZ

RƏYLƏR


Top news