Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Artur Rasizadə türkiyəli həmkarı ilə görüşüb

Artur Rasizadə türkiyəli həmkarı ilə görüşüb

Date: 3 December 2015 21:28

Bakı. Trend:

Azərbaycanın Baş naziri Artur Rasizadə dekabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Trend-in məlumatına görə, əvvəlcə Azərbaycanın və Türkiyənin Baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

A.Rasizadə qardaş Türkiyə nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən A.Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın Baş naziri Ə.Davudoğlunun bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.

Türkiyənin Baş naziri qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd edib. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran Ə.Davudoğlu ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Türkiyənin Baş naziri əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Ə.Davudoğlu diqqətə çatdırıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Artur Rasizadə türkiyəli həmkarı görüşüb

RƏYLƏR


Top news