Əhməd Davudoğlu: "Heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil"

Əhməd Davudoğlu: "Heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil"
21:32 3 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.

Ə.Davudoğlu qeyd edib: "Bazar ertəsi gecə etimad səsverməsindən sonra Türkiyə Respublikasının 64-cü hökuməti olaraq vəzifəmizin icrasına başladıq. Hələ İstanbula və doğulduğum Konya şəhərinə getməmişəm, amma Bakıya gəlmişəm. Çünki Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir. Ona görə mən həmişə buraya "Can Azərbaycan" deyirəm. Ona görə bu ənənəyə sadiq qalaraq heyətimizlə birlikdə ilk səfərimi Bakıya etməkdən çox böyük məmnunluq hissi keçirirəm.

Bilirsiniz, Türkiyədə yeni hökumət qurulub və bu hökumətdə təmsil olunan nazirləri Sizə təqdim edəcəyik. Çünki birlikdə işləyəcəyik. Azərbaycanın, hamımızın böyük lideri atanız möhtərəm Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu mənada bizim nazirlərimizə Sizin nazirləriniz kimi, sizinkilərə də bizimkilər kimi hər zaman baxıldığını bilirik. Əlaqələrimiz genişmiqyaslıdır".

Baş nazir bildirib ki, dünyada heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil: "Energetika, ticarət, nəqliyyat, mədəniyyət sahələrində çox geniş əlaqələrimiz var. Həmişə olduğu kimi, bizi böyük qonaqpərvərliklə qarşıladınız".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR