Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Braziliyada Azərbaycan bədii filmlərinin nümayişi keçirilib

Braziliyada Azərbaycan bədii filmlərinin nümayişi keçirilib

Date: 3 December 2015 21:32

Bakı. 3 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Porto Aleqre şəhərindəki “Santander Cultural” mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin ilk nümayişi başlayıb.
"Report"un xəbərinə görə, bu münasibətlə yerli tamaşaçılar qarşısında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycanın zəngin mədəniyyəti və milli kinomatoqrafiyası haqqında məlumat verib.
Portuqal dilində altyazılarla “Buta”, “O Olmasın Bu Olsun”, “Təhminə”, “Çölçü”, “Dərvişin Qeydləri”, “40-cı Qapı” kimi ümumilikdə 14 Azərbaycan filmi nümayiş etdirilib.
Filmlər yerli ictimaiyyətin böyük marağına səbəb olub və hər gün xeyli sayda tamaşaçı Azərbaycan filmlərini izləyib.
Qeyd edək ki, Azərbaycan bədii filmlərinin Porto Aleqre şəhərində nümayişi milli mədəniyyət və kinomatoqrafiyamızın Braziliyada təbliğ edilməsi həmçinin, Azərbaycan-Braziliya mədəni əlaqələrinin genişləndirilməsi baxımından vacib və uğurlu hadisə kimi səciyyələndirilə bilər.

Tags:  Braziliyada Azərbaycan bədii filmlərinin nümayişi keçirilib

RƏYLƏR


Top news