“Azərbaycan gəncliyində vətənpərvərlik” layihəsinin icrası yekunlaşıb

“Azərbaycan gəncliyində vətənpərvərlik” layihəsinin icrası yekunlaşıb
21:33 3 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan gəncliyində vətənpərvərlik” adlı layihənin icrası sona çatıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyəsi, milli atributlarımızın, tariximizin unudulmaması, gənclər arasında vətənpərvərlik hisslərinin oyadılması, maarifləndirmə işlərinin aparılması olub.
Layihə icrası zamanı Saatlı və Sabirabad rayonlarının orta məktəblərində yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılıb. Ümumilikdə 15 tədbirdə 331 nəfər iştirak edib. Onlardan 111-i Saatlı, 220-si isə Sabirabad rayonunun yeniyetmə və gəncləri olub. Tədbirlər zamanı iştirakçılara vətənpərvərlik haqqında geniş məlumat verilib.
Təlimlərə cəlb olunan yeniyetmə və gənclərə bukletlər, köynəklər və cib təqvimləri verilib. Çap olunan nəşrlər ictimai yerlərdə, məktəblərdə və digər müəssisələrdə paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_gencliyinde_vetenperverlik_layihesinin_icrasi_yekunlasib-908092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR