Qubada qar 4 kəndə yolu bağladı

Qubada qar 4 kəndə yolu bağladı
21:37 3 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Qubaya yağan güclü qar rayonun Yerfi, Talış və Dərk kəndlərinə gedən yolları bağlayıb. Milli.Az "Report"a istinadən bildirir ki, sakinlərin verdiyi məlumata görə, hazırda həmin kəndlərdə qarın hündürlüyü 60 sm-i keçib. Hazırda qar yağmaqda davam edir. Yerfi kəndində 55, Talış kəndində 25 və Dərk kəndində isə 30 yaşayış evi var. Qubanın digər yerlərində, Qarxun, Adur, Buduq, Qrız və Xınalıq kəndlərində qarın qalınlığı 40-sm-ə qədər qalxıb Dağlıq ərazilərdə olan 10-dan çox kənddə elektrik enerjisinin verilişi dayandırılıb. Bundan başqa, qar Quba-Xınalıq yolunu bağlayıb. Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsi əməkdaşlarının ərazidə xidmət edən işçi qrupu və texnikasının yolun açılması işlərinə səhər saatlarında başlayacağı bildirilir. Hazırda Quba rayonunun Cek kəndinə avtomobillər çətinliklə də olsa gedir. Həmin kənddən yuxarıda isə yol tamamilə bağlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR