Rəsulzadənin təhqirinə deputatlardan REAKSİYA

Rəsulzadənin təhqirinə deputatlardan REAKSİYA
21:42 3 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

"İntizam komissiyasında hər hansı bir məsələyə baxılması üçün parlament sədri həmin komissiyaya müraciət etməlidir. Komissiya ancaq Milli Məclisin daxilində olan məsələlərə cavabdehdir. Parlamentdən kənar baş verən məsələlər ancaq məhkəmə yolu ilə həll edilir. Bu parlamentin intizamına aid deyil".

Milli.Az anspress-ə istinadən bildirir ki, bunu Məhəmməd Əmin Rəsulzadəni təhqir edən Naqif Həmzəyevin məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağını şərh edən deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev bu məsələnin parlamentdə müzakirə olunacağı ilə bağlı fikir yürüdə bilməz: "Bu jurnalistlərin təxəyyülünün məhsuludur. Necə ki, Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə heç bir şey demədiyi halda onu yalandan bu fikirləri deməkdə ittiham edirlər.

Deputatın səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Fazil Mustafa bildirdi ki, mövqeyini müzakirələrin gedişində bildirəcək:

"İlk əvvəl baxmaq lazımdır ki, müzakirə hansı formada aparılır. Əgər bu intizam xətasıdırsa, xəbərdarlıq və başqa formalardan biri tətbiq edilə bilər. Düşünürəm ki, bu cür statusda olan insanların Azərbaycanın qurucusu olan şəxs haqqında bu qədər aşağılayıcı fikirlər səsləndirməsi ən azından etik və insanlıq cəhətdən yolverilməzdir. Ancaq yenə də hər şey iclasın gedişatından asılıdır. Bəlkə N. Həmzəyev elə bir arqument gətirəcək ki, bizim də fikirlərimiz dəyişəcək. Hər kəsin fikirlərini bildirmək hüququ var. Əgər deputatın fikirlərində peşmançılıq duyğuları olacaqsa, bizim fikirlərimiz fərqli olacaq".

Deputat bütün bunlara baxmayaraq Rəsulzadə haqqında hansısa təhqiramiz fikirlər yürüdülməsinə mövqeyinin çox mənfi olduğunu bildirdi:

"Məhəmməd Əmin Rəsulzadə barədə tənqidi fikir söylənməsini normal qəbul edirəm. Kimsə onun fikirlərini, davranışını yaxud hansısa əsərlərini qəbul etməyə bilər. Ancaq onu vətən xaini adlandırmaq, İrəvanı satmasını iddia etmək, ailəsinə böhtan atmaq tamamilə böhtan xarakterli hərəkətlərdir və bir azərbaycanlı kimi məni də incidir. Ancaq müzakirə zamanı Naqifin özünü müdafiəsində məni qane etməyən məqamlar olsa, deputat haqqında ən uyğun cəzanın verilməsinin tərəfdarı olacam. Burada müxtəlif intizam tədbirləri var: xəbərdarlıq, iclas zalından çıxarma, töhmət və deputat səlahiyyətinin itirilməsi", - deyə F. Mustafa bildirdi.

Millət vəkil Rasim Musabəyov isə Həmzəyevin cavanlıq səhvi etdiyini deyir: "Düşünürəm ki, ona qarşı mediada və cəmiyyətdə sərt fikirlər səsləndirilməsi N. Həmzəyevə ən böyük dərsdir. Cavan oğlandır da, bundan sonra daha ehtiyyatlı olar. Deputatın kimisə təhqir etdiyi halda belə ona hansısa cəza tədbiri nəzərdə tutulmayıb. Deputatın ən böyük cəzası tənbeh ola bilər. Ancaq mən ona sərt cəza verilməsinin tərəfdarı olmayacam. Çünki onsuz da burada Naqif Həmzəyevin deputat mövqeyini itirməsindən söhbət gedə bilməz".

Xatırladaq ki, iki gün əvvəl bir sıra KİV-də N.Həmzəyevin "Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?" sualına deputatın "Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar" dediyi barədə xəbərlər yayılıb. Məlumata görə N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: "O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub".

Hadisədən sonra Məhəmməd Əminin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə ANS PRESS-ə açıqlamasında gənc deputatın fikirlərinə münasibət bildirərkən demişdi: "Kimliyindən asılı olmayaraq insan danışığına, dediyi sözlərə fikir verməlidir. Məhəmməd Əmin Rəsulzadə bizim tariximizin bir hissəsidir. Belə fikir səsləndirməsi gənc deputatın tarixi bilməməsindən irəli gəlir. Əgər o, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmə qarşısında cavab verəcək. Artıq həmin deputat belə sözlər işlətmədiyini, fikirlərinin yanlış başa düşüldüyü barədə açıqlama verib. Şəxsən mənim özümə bu barədə zəng etməyib".

Vəkil Adəm Məmmədov də məsələ ilə bağlı açıqlamasında Naqif Həmzəyevin çıxışında həm böhtan, həm təhqir, həm də şərəf və ləyaqətin alçaldılması olduğunu, buna görə məhkəməyə müraciət edəcəklərini bildirmişdi: "Biz bir neçə vəkillə birgə öz təşəbbüsümüzlə dövlət başçısına və məhkəməyə müraciət edəcəyik. Çünki bu ifadələrə görə deputatın cəzası ağır olmalıdır".

Ümumiyyətlə Rəsulzadənin Azərbaycan tarixindəki rolu danılmazdır. O, Azərbaycan xalqının ilk ümummilli lideridir. Məsələyə lazımı diqqət yetirmək üçün ilk öncə dahi şəxsiyyətə qarşı qara piar kampaniyası həyata keçirən şəxslər müəyyən edilməlidir. Əgər deputat belə səhv addım atıbsa, o, jurnalist bu səhvə yol veribsə, həmin jurnalist müəyyən edilməlidir. Daha sonra məsələyə hüquqi qiymət verilməlidir. Hər kəs başa düşməlidir ki, ölkədə söz azadlığı varsa jurnalist, deputat toxunulmazlığı varsa da, millət vəkili istədiyi zaman istədiyi şəxsiyyət haqqında təhqiramiz fikirlər irəli sürə bilməz. Rəsulzadə isə həm millətin həm də dövlətin sərvətidir. Millətin sərvətininin təhqir edilməsi isə yolverilməzdir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58

Syerra-Leonedə 100 uşaq daşqın və sürüşmələrin qurbanı olub

16 Avqust 2017 23:57

Ən çox qazanan aktrisa kimdir?

16 Avqust 2017 23:49

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

16 Avqust 2017 23:48

Neftimiz ucuzlaşıb

16 Avqust 2017 23:39

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

16 Avqust 2017 23:34

İnsan beyni haqda çox maraqlı faktlar - İNANILMAZ

16 Avqust 2017 23:28

VİDEO: Bakıda gənc qız küçədə erotik rəqs etdi

16 Avqust 2017 23:21

Lənkəranda maşın 48 yaşlı kişini vurdu

16 Avqust 2017 23:19

Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq

16 Avqust 2017 23:18

Çavuşoğlu xəbərdarlıq etdi -

16 Avqust 2017 23:16

Füzuli rayonunda əl qumbarası tapılıb

16 Avqust 2017 23:07

İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib

16 Avqust 2017 23:02

Evləndiyi qadın dələduz çıxdı: Türkiyə vətəndaşı onu axtarır - VİDEO

16 Avqust 2017 22:58

Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

16 Avqust 2017 22:52

"Kopenhagen" klubu "Qarabağ"ın kapitanından UEFA-ya şikayət edib

16 Avqust 2017 22:47

Türkiyə Almaniyaya nota verdi

16 Avqust 2017 22:37

Ronaldo ilə bağlı şikayət rədd edildi

16 Avqust 2017 22:34

"Real"ın apellyasiya şikayəti RƏDD EDİLDİ

16 Avqust 2017 22:33

ABŞ-da dərman maxinasiyası ilə məşğul olan erməni cinayətkar qruplaşmasının üzvləri həbs edilib

16 Avqust 2017 22:22

Hərbi helikopter qəzaya uğradı - 5 nəfər itkin düşdü

16 Avqust 2017 22:18

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram hazırlanıb

16 Avqust 2017 22:16

Tanınmış aparıcı "Xəzər"dən qovuldu -

16 Avqust 2017 22:16

Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqladı

16 Avqust 2017 22:14

Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO

16 Avqust 2017 22:03

Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacaq

16 Avqust 2017 22:02

6 otaqlı ev əşyaları ilə birgə yandı - Göygöldə

16 Avqust 2017 21:59

"Real"ın apellyasiya şikayəti rədd edildi

16 Avqust 2017 21:55

“Milan”ın futbolçusu İspaniya klubuna keçdi

16 Avqust 2017 21:48

İlan 8 yaşlı uşağın başından sancdı - Göyçayda

16 Avqust 2017 21:34

Qəbələdə 68,5 min ton taxıl məhsulu tədarük edilib

16 Avqust 2017 21:33

Polşalı rəsmilər Azərbaycandan dəstək istədi

16 Avqust 2017 21:28