Mənşəyi məlum olmayan ətlər zərərsizləşdirilib

Mənşəyi məlum olmayan ətlər zərərsizləşdirilib
21:43 3 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Paytaxta satış üçün gətirilən 5 tona yaxın yararsız ət zərərsizləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, noyabrın 30-da DBNX-nin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb.
Heyvan cəmdəklərindən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi aşkarlanıb. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib.
Aparılan müayinələrin nəticəsinə əsasən qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilib.
Bu qərara uyğun olaraq, dekabrın 3-də həmin ətlər yükü gətirən “Mercedes BENZ ATECO” markalı 99cp289 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək basdırılıb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Menseyi_melum_olmayan_etler_zerersizlesdirilib-908094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR