Arıqla və gümrahlaş: 3 günlük DETOKS

Arıqla və gümrahlaş: 3 günlük DETOKS
21:47 3 Dekabr 2015
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qidalanmanızda edəcəyiniz dəyişikliklər sayəsində həm halsızlığınızın qarşısını ala, həm də arıqlaya bilərsiniz. 
Milli.Az lent.az-a istinadən qış detoksu etməyin incə yollarından danışacaq.
 
Müasir elmi dildə sərbəst radikallar adlandırılan toksik maddələr həddən çox şəkər, yağ, zülal, duz qəbulu, qida maddələrindəki qoruyucular və rəngləndiricilər, heyvani qidalardakı dərmanlar, antibiotiklər, istifadə etdiyiniz dərmanlar, kənd təsərrüfatı məhsullarındakı dərmanlama, su və havanın çirklənməsi, siqaret tüstüsü kimi faktorlar sayəsində bədəndə yığılır. Detoks isə bu yollarla bədəninizə daxil olan və ya orada istehsal edilən, artıq maddə kimi atılmağı gözləyən zərərli toksinlərdən xilas olmağınıza kömək edir. Detoksda məqsəd bədəndəki toksinlərdən təmizlənmək, sağlamlığın qorunması, yaşlanmağın gecikdirilməsi, bədəndəki mayelərin turşulaşmasının qarşısını almaq, əsas turşu tarazlığını qorumaqdır.
 
Detoksdan əvvəl qidalanma
 
- Ən yaxşı təsirli nəticəni əldə etmək üçün detoksdan əvvəl qırmızı ət və süd məhsulları, şəkər, spirtli içkilər, kafein, emal olunmuş qidalar, ağ çörək, düyü və nikatini azaltmaq vacibdir. Buxarda bişirilmiş və ya çiy tərəvəz, təzə meyvə, tərəvəz şorbası, yaşıl yarpaqlı tərkibi olan salatlar, paxlalılarla qidalana bilərsiniz.
 
- Qəhvə, qara çay, kolalı, qazlı və spirtli içkilərdən uzaq durun. Zövqə görə bitki çayı içə bilərsiniz.
 
- Günə iki böyük stəkan su ilə başlayın. Hər gün təxminən 3 litr su için (yarısı günortaya qədər, yarısı günortadan sonra)
 
- Ət, toyuq, yumurta, süd və süd məhsullarını məhdudlaşdırın. Bunların əvəzinə balıq seçə bilərsiniz.
 
- Karbohidrat və yağ nisbəti yüksək olan qidalar yeməyin (düyü, makaron, ağ çörək, xəmir xörəkləri, şirniyyatlar)  
 
- Çiy tərəvəz və meyvə yeyin.
 
- Saat 20:00-dan sonra qəti olaraq yemək yeməyin. 
 
Detoks zamanı qidalanma
 
- Detoks müddətində çiy tərəvəz suyu və təzə meyvə yeyin. İspanaq, çuğundur yarpağı, tərə, bir sözlə, yaşıl yarpaqlılarla sevdiyiniz mövsüm tərəvəzlərini qarışdıraraq üzərinə limon suyu sıxıb yeyə bilərsiniz.
 
- Emal olunmuş və hazır yemək və qidalardan uzaq durun.
 
- Bol-bol su için, suya limon suyu əlavə edərək də içə bilərsiniz.
- Aclıq hiss etdikdə gün ərzində mövsümə uyğun yaşıl tərəvəzlər və pomidor yeyə bilərsiniz.
 
- Yemək arasında fındıq, qoz, badam yemək mümkündür. Detoks proqramının təsirli ola bilməsi üçün ən azı 3 gün ara fasiləsi lazımdır. Detoks proqramını ümumilikdə 7 gün davam etdirə bilərsiniz. 
 
Detoksdan sonra qidalanma
 
Çiynəmə tələb etməyən detoks müddətində normal qidalanmanı nizama salmaq üçün ən yaxşı yol tez həzm edilən qidalardan başlamaq və yavaş-yavaş digər qidalara keçməkdir.
 
Detoks tərkibli 3 günlük menyu nümunəsi
 
Səhər yeməyi: Mövsüm meyvələri salatı
Ara yeməyi: 10-15 ədəd badam və ya fındıq ilə 1-2 fincan yaşıl çay
Günorta yeməyi: Yaşıl yarpaqlılarla hazırlanmış mövsüm salatı. Şorbası üçün ½ yemək qaşığı zeytun yağı, ½ limon suyu, sarımsaq və pul bibər istifadə edilə bilər.
Ara yeməyi: 1 ədəd yaşıl alma və 1-2 fincan yaşıl çay.
Axşam yeməyi: Tərəvəz şorbası (1-2 ədad qırmızı bibər, 1 ədəd kök, 1-2 parça brokoli, 3-5 ədəd yaşıl soğanı az suda qaynadın. İçərisinə ədviyyatlar da qata bilərsiniz. Zövqə görə isti və ya soyuq içə bilərsiniz.
 
Gün ərzində isə bunları edə bilərsiniz: 1 tam limon suyu, 1 ovuc cəfəri, 1 ovuc  şüyüdü blenderdən keçirib yeyə bilərsiniz. Bunu 1-2 dəfə təkrarlaya bilərsiniz.
 
3 gündən sonra:
 
Quru paxlalı yeməkləri (noxud, lobya, mərcimək və s.) qidalanma proqramınıza əlavə edə bilərsiniz. Buğda unu, çovdar və yulaf unu tərkibli qidalar da yeyə bilərsiniz. Ağ un və kəpəkli undan hazırlanmış çörək və digər qidalar yeməyin.
 
5 gündən sonra:
 
Heyvani qaynaqlı qidalar yeməyə başlaya bilərsiniz. Balıqla başlayın və digər ət məhsulları, sonra isə süd və süd məhsullarına keçə bilərsiniz. Daha sonra bütün qidalara tam olaraq keçə və əvvəlki həyat tərzinizə qayıda bilərsiniz. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR