Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

Date: 3 December 2015 21:47

Bakı. 3 dekabr. REPORT.AZ/ Misir Kassasiya Məhkəməsi "Müsəlman qardaşlar" təşkilatının üzvlərinin barələrindəki hökmdən verdiyi apellyasiya şikayətini təmin edib. "Report" TASS-a istinadən xəbər verir ki, Kassasiya Məhkəməsi işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə geri göndərib.
Ümumilikdə, hakimlər Misirdə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” təşkilatının dini rəhbəri Məhəmməd Badia da daxil olmaqla, 13 ölüm hökmünü, eyni zamanda, 25 fəalın ömürlük həbs cəzası barədə qərarı ləğv edib.
Xatırladaq ki, "Müsəlman qardaşlar"ın üzvləri və fəalları dövlət çevrilişinə görə tutulub, təşkilatın özünün fəaliyyəti isə dayandırılıb.

Tags:  Müsəlman qardaşların dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

RƏYLƏR


Top news