Əfsanəvi rejissor dəfn olundu - VİDEO

Əfsanəvi rejissor dəfn olundu - VİDEO
21:47 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

SSRİ-nin və Rusiya Federasiyasının məşhur rejissoru Eldar Ryazanov bu gün dəfn olundu. 

Milli.Az anspress-ə istinadən bildirir ki, rejissor Moskvanın Novodeviçyem qəbrstanlığında basdırılıb. Onun məzarı SSRİ-nin məşhur diktoru Yuriy Levitanın yaxınlığındadır. 

Dəfn mərasimində yüzlərlə insan iştirak edib. O cümlədən aktyorlar, rejissorlar və digər mədəniyyət xadimləri əfsanəvi rejissorla mərkəzi ədəbiyyat evinə gələrək vidalaşıblar. 30 noyabrda Eldar Ryazanov 88 yaşında Moskvada dünyasını dəyişib. 

Noyabrın 21-də xəstəxanaya yerləşdirilən rejissorun səhhəti sonradan kəskin pisləşib. Ryazanovun qohumları məşhur rejissorun ürək çatışmazlığından öldüyünü bildiriblər. 

SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Rusiyanın Samara şəhərində dünyaya gəlib. Rejissorluqla yanaşı ssenarist də olan Eldar Ryazanov əsasən; "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", "İşdə məhəbbət macərası", "Karnaval gecəsi", "Qoca quldurlar" və s. filmlərlə şöhrət qazanıb. 

Ryazanovun Sovet ittifaqı zamanı Yeni il bayramının mədəniyyət evində keçirilməsi ilə bağlı ilk ciddi işi. Bu film "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filminin ekranlara çıxmasına gədər SSRİ-də əsas yeni il filmi olub. 

Ryazanovun dramaturq Emil Braqinski ilə ilk birgə işi. Filmdə baş rola çəkilən Innokenti Smoktunovski zəngin insanların avtomobillərini qaçıraraq satıb pulları uşaq evlərinə verir. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR