Xəstəliyin mükafatı olan behiş

Xəstəliyin mükafatı olan behiş
21:52 3 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Behiştdə elə bir yer vardır ki, heç bir bəndə ora girməz, məgər xəstəliyə düçar olduğuna görə. İmam Əli (ə) xəstə olan dostuna buyurur: "Allah Təala sənin bu dərd və narahatlığını günahlarını aradan aparmaq üçün qərar vermişdir. Çünki xəstəliyin mükafatı yoxdur, lakin günahları aradan aparar. Onları ağacın yarpaqları kimi tökər. Əcr və mükafat ancaq dildə deyilənlərə və əza ilə əməl edilənlərə görədir. Sübhan Allah bəndələrindən hər kimi istəsə xeyir niyyətinə, pak batininə görə behiştə daxil edər". (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəli, xəstəliyin mükafatı yoxdur. İnsan o şeyə görə mükafat alar ki, onu bədən üzvləri ilə yerinə yetirər və ya dili ilə deyər. Biz hamımız xəstəliyi təcrübə etmişik. Bəzi xəstəliklər tez sağalır və bəziləri uzun müddət insana əziyyət verir. Bəziləri isə insanı ölümə aparır. Bu, həyatın acı həqiqətidir.
Ancaq əgər dünyanı əsl evimiz bilməsək və inansaq ki, həqiqi həyat - o biri dünyadadır, o zaman xəstəliklərin acısına dərmanların acısı kimi dözmək asan olar. Allahımız - həm Həkim və həm də Mehribandır. Bizim sağlamlığımız Onun əlindədir. Ona görə də bizim xəstə olmağımızda sirr gizlənmişdir, boş yerə olmamışdır.
Bəlkə də biz ona görə xəstələnmişik ki, Allahın nemətlərini yada salaq və ona görə şükür edək. Və ya nə qədər aciz olduğumuzu etiraf edək. Xəstəlik səbəb olar ki, biz günahlarımıza görə tövbə edək və Allaha ixlasla itaət edək.
Qurani-Kərim buyurur: "İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) - böyrü üstə yatanda, oturanda, ayaq üstə - (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik və ziyanı ondan götürürük, Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir". ("Yunus" 12). Bu ayədən göründüyü kimi, xəstə insanın tövbəsi həqiqi olar. Çünki diqqəti Allahda olar və nə qədər aciz olduğuna inanar. Bu xəstəlik onu əbədi yolunu azmaqdan qoruyar.
Hədislərin birində oxuyuruq: "Behiştdə elə bir yer vardır ki, heç bir bəndə ona çatmaz, məgər bədəninin (xəstəliyə) düçar olmasına görə".
Əlbəttə o kəs bu yerə gedib çata bilər ki, xəstəliyinə səbir etmişdir və dili küfr etməmişdir. Xəstəliyin əcri yoxdur, ancaq səbir etməyin böyük əcri vardır.
Ona görə də xəstələnən zaman çox məyus olmayaq. Çoxlu tövbə edək, səbir edək və Allahın nemətlərini yada salaq. Allahdan sağlamlıq istəyək. Əgər verməzsə də, iradəsinə təslim olub bəndəliyimizi yerinə yetirək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR