Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qadın polislə dalaşdı, sürücü müqavimət göstərdi - VİDEO

Qadın polislə dalaşdı, sürücü müqavimət göstərdi - VİDEO

Date: 3 December 2015 21:57

Yevlax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirildi. 
Milli.Az Region TV-yə istinadən bildirir ki, sürücülük hüququ olmadan avtomobil idarə edən, sərxoş vəziyyətdə olan, ötmə qaydalarını pozan, görməni məhdudlaşdıran şüşələrdən istifadə edən, avtomobili texniki baxışdan keçirməyən əsasən də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlandı. Onlar barəsində inzibati qaydada tədbirlər görüldü, cərimələr tətbiq edildi. Sürücülük hüququ olmayanların avtomobilləri cərimə meydançasına aparıldı.
Reyd zamanı yol polisinə müqavimət göstərən və xidmətin aparılmasına maneə olmağa çalışan sürücülərə də rast gəlindi. Ümumilikdə 20 sürücü barəsində inzibati-protokol tərtib edildi. 
"Qaydaları pozan, avtomaşını sərxoş vəziyyətdə idarə edən, sürücülük hüququ olmayan, kateqoriyası olmayan, ötmə qaydasını, üfüqi nişanlanma xətlərinin tələblərini, manevr etmə qaydalarını pozan və digər bu kimi hallara yol verən sürücülərə qarşı mübarizə daha da gücləndirilib" - deyə Yevlax RPŞ-nin DYP bölməsinin rəisi Cavanşir Vəliyev bildirib. Reydlər davam etdiriləcək. 
Milli.Az


Tags:  Qadın polislə dalaşdı sürücü müqavimət göstərdi VİDEO


RƏYLƏR


Top news