Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (26 Mart 2017 15:45)
Prezident səfirlərin etimadnamələrini qəbul etdi - FOTO (26 Mart 2017 12:48)
Prezident İlham Əliyev Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - FOTO (26 Mart 2017 12:32)

Tarix: 3 Dekabr 2015 22:03


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirildi. Bu səfərin əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulandı. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edildi.
Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğuladı.
Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim etdi.


Teqlər:  Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib



RƏYLƏR


Top xəbərlər