İranın döyüş təyyarələri Suriyada

İranın döyüş təyyarələri Suriyada
22:21 3 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

İran Hərbi Hava Qüvvələrləri Suriyada İŞİD terror qruplaşmasına qarşı endirilən aviazərbələrə qoşulacaq.

ANS PRESS-in məlumatına görə, rəsmi Tehran Rusiyanın başçılığı altında terror qruplaşmasına zərbələr endirmək niyyətindədir. İran artıq Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizəyə qırıcıların iki eskadrasını göndərməyə hazırdır. “Al-Rai” qəzetinin Küveyt hərbi dairələrində olan mənbəsinin məlumatına görə, hərbi maşınlar Homs şəhəri yaxınlığında Tias aeroportuna yönəlir. Buradan onlar daha sonra Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ılə birinci hərbi uçuşu icra edəcəklər.


"S-300" sistemi

Moskva və Tehranın hərbi əməkdaşlığı prezident Vladimir Putinin S-300 Rusiya zenit-raket sistemlərinin nümunələrinin İran tərəfinə verilməsinə icazə verdikdən sonra daha yeni səviyyəyə çıxıb. 2010-cu ildə İran nüvə proqramının ətrafında yaranan problemlə əlaqədar İranın 1 milyard dollar saziş bağladığı S-300 Hava Hücumundan Müdafiə sistemləri dayandırılmışdı.

İranın nüvə proqramı üzrə ABŞ-la apardığı danışıqlarda müsbət irəliləyişin olmasını əsas gətirərək aprelin 13-də Rusiya prezidenti Vladimir Putin bu ölkəyə "S-300" zenit-raket kompleksinin təhvilinə qoyduğu qadağanı aradan qaldırdığını bəyan edib.



Son zamanlar İran ilə "altılıq" ölkələri arasında gedən danışıqlarda müşahidə olunan irəliləyişlər, aprelin 1-də İranın nüvə proqramı üzrə çərçivə razılaşmasının əldə olunması Rusiyanı sanksiyaların ləğvi istiqamətində addım atmağa ruhlandırıb.

Bununla belə, Rusiya tərəfi silahın müdafiə xarakterli olduğunu və mühüm obyektlərin hava hücumundan qorunması məqsədi ilə istifadə edildiyini bildirib. Bundan əvvəl, Rusiya İranı Top-M1 zenit-raket sistemləri ilə təmin edib. ABŞ və İsrail dəfələrlə Rusiyanın İrana S-300 sistemi verəcəyindən narahat olduqlarını bildiriblər. Müşahidəçilər qeyd edirlər ki, Rusiyanın İranla razılaşmadan imtina etməsi İsraillə əlaqələrinin bərpa olunması və ABŞ-la əlaqələrinin yaxşılaşdırılması marağından irəli gəlir.


İran xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR