Nikita Mixalkov filmlərini və kitabını İlham Əliyevə bağışladı

Nikita Mixalkov filmlərini və kitabını İlham Əliyevə bağışladı
22:24 3 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Bu səfərin əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edilib.

 

Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğulayıb.

 

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı prezident İlham Əliyevə təqdim edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR