Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan kuboku: 1/4 finalçılar müəyyənləşdi

Azərbaycan kuboku: 1/4 finalçılar müəyyənləşdi

Date: 3 December 2015 22:27

"Bayıl Arena"da keçirilən "Rəvan" - "Bakı" görüşündən sonra bütün 1/4 finalçılar məlum olub. 
Belə ki, I Divizion təmsilçisi "Bakı"nı məğlub edən "Rəvan" da adını bu mərhələyə yazdırıb. 
 
1/4 final mərhələsindəki cütlüklər aşağdakı kimi müəyyənləşib:
 
"Qarabağ" -  "Sumqayıt"
"Xəzər Lənkəran" - "Neftçi" 
"Zirə" -  "Qəbələ" 
"Rəvan" - "İnter"

İlk oyunlar 2 mart, cavab qarşılaşmaları isə 9 mart tarixlərində keçiriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/4 finala çıxan son iki komandanın müəyyənləşdiyi oyunlarda iki Premyer Liqa klubu ilə iki I divizion klubu qarşılaşıb.

Günün ilk matçı Qəbələdə baş tutub. Yerli komanda aşağı dəstə klubu "Mil-Muğan"ı qəbul edib. Premyer Liqada son turlar enişli-çıxışlı qrafik cızan Roman Qriqorçukun yetirmələri zəif rəqibini topa tutub. Dumanlı hava şəraitində başlayıb güclü qar yağışı altında başa çatan matçda üstəlik qol yağışı da yağıb.

Ev sahibləri qonaqlara rəhm etməyərək 7 qolla cəzalandırıb.

Günün ikinci matçında isə digər Premyer Liqa təmsilçisi "Rəvan" I divizion klubu "Bakı"nı qəbul edib. "Sarı-qırmızı"lar minimal hesabla qalib gələrək, mərhələni keçən tərəf olublar.

Azərbaycan kuboku

1/8 final

3 dekabr (cümə axşamı)

"Qəbələ" - "Mil-Muğan" - 7:0

Qollar: Derlis Meza Kolli, 5, Ruslan Abışov, 16, Fakundo Pereyra, 22, Rikardinyo, 43, Ermin Zets, 44; Vaqif Cavadov, 58; Asif Məmmədov, 83

Qırmızı vərəqə: Qismət Alıyev, 68

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf  Əmirov
Hakim-inspektor: Asim  Xudiyev
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Andrey Popoviç, 7. Ermin Zets, 10. Dodo (k), 15. Vitali Vernidub, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 69. Aleksey Antonov,70. Vaqif Cavadov

Baş məşqçi: Roman Qriqorçuk

"Mil-Muğan": 12. Taleh Əsədov, 7. Bayram Əliyev, 20. Laki Hero, 5. Vüsal Bayımov, 23. Anar Hacıyev, 17. Elşən İlyasov, 22. Gela Feradze, 9. Elxan Məmmədov, 24. Ramin Rzayev, 8. Ruhid Usubov (k), 10. Səccad Kerman

Ehtiyat oyunçular: 99. Şöhrət Qasımov, 2. Tariyel Zeynalov, 21. Ağasən Əsgərov, 19. Xaqani Hüseynzadə, 3. Novruz Abduləzimli, 18. Nəbi Məmmədov

Baş məşqçi: Xaliq Mustafayev

"Rəvan" - "Bakı" - 1:0

Qol: Vüqar Bəybalayev, 23

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Adil  Nadirov
Hakim-inspektor: Rövşən  Əhmədov
"Bayıl Arena"

"Rəvan": 32. Kostyantin Maxnovski, 11. Şeriff Suma, 6. Vüqar Bəybalayev, 39. Əlibəy Məmmədli, 13. Cəmşid Məhərrəmov, 2. Ruslan Tağızadə, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov, 4. Kənan Müslümov, 3. Saşa Yunisoğlu, 21. Novruz Məmmədov

Ehtiyat oyunçular: 96. Aydın Bayramov, 77. Cavad Kazımov, 91. Urfan İsmayılov, 7. Elvin Həsənəliyev, 38. Zeki Sinan Akkoyun, 55. Hüseyn Axundov, 15. Ceyhun Abdullayev

"Bakı": 12. Elxan Əhmədov, 54. Nicat Əskərov, 7. Raul Yaqubzadə, 9. Mətin Əbilsoy, 11. Kamil Nurəhmədov, 21. Elşad Manafov (k), 35. Habil Nurəhmədov, 15. Rəvan Kərimov, 46. Yusup Xakimov, 56. Qeyrət Əliyev, 99. Umar Akmurzayev

Ehtiyat oyunçular: 96. Səbuhi Əliyev, 16. Rüstəm Rüstəmli, 17. Elmin Əsgərli, 20. Valeh Seyidov, 29. Salman Altuxanov, 36. Etibar Sayılov, 41. Müşfiq İlyasov

Milli.Az


Tags:  Azərbaycan kuboku 14 finalçılar müəyyənləşdi

RƏYLƏR


Top news