Lənkəranda yağış, külək, sel - FOTO

Lənkəranda yağış, külək, sel - FOTO
22:42 3 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonu ərazisində dekabrın 2-də günorta saatlarından başlayan yağış axşam güclənib. 
Milli.Az APA-ya istinadən bildirir ki, sel suları rayonun ayrı-ayrı yaşayış məntəqələrində yenidən fəsadlara səbəb olub. Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə hündür  ağacların yıxılması ilə nəticələnib. Lənkəran şəhərinin əksər küçələrində gölməçələr yaranıb. Sel suları həyətlərə dolub. Maşınların və piyadaların hərəkəti çətinləşib.
 
Hazırda rayonda yağış yağmaqda davam edir.
 
Qeyd edək ki, oktyabr və noyabr aylarında da intensiv yağışlar nəticəsində Lənkəranda yüzlərlə ev sel sularının altında qalıb,  5-ə yaxın körpünü sel aparıb, sakinlərə xeyli maddi ziyan dəyib.
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR