Bakı. 3 dekabr. REPORT.AZ/ "Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir". "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü zamanı deyib. Prezident vurğulayıb ki, Azərbaycanla Türkiyənin əlaqələri ən yüksək zirvədədir: "Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz".
Prezident İlham Əliyev: "Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik"
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Bakıdakı görüşün hakimləri cəzalandırıldı
24 Aprel 2024
01:25
Məhkəmənin tanınmış aparıcı barədə verdiyi qərar icra edildi
24 Aprel 2024
00:17
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlandı
23 Aprel 2024
23:47
45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qızın atası danışdı:
23 Aprel 2024
23:15
"Whatsapp"da böyük yenilik -
23 Aprel 2024
22:43
Qondarma soyqırım yürüşündə təxribat
23 Aprel 2024
22:08
Elməddin "Komedixana"nın aktyorlarını tənqid etdi:
23 Aprel 2024
21:43
"Sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir"
23 Aprel 2024
21:27
Xankəndidə vəzifəli şəxs TUTULDU
23 Aprel 2024
20:48
Azərbaycanda görünüşü ilə gündəm olan uşaq -
23 Aprel 2024
20:18