Türkmən “dağı”

Türkmən “dağı”
23:05 3 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Xınalığa qar yağdı - FOTO (22 May 2017 10:17)

Milli.Az musavat.com-a istinadən Aygün Muradxanlının yazısını təqdim edir

Aylardır sosial şəbəkələrdə Türkmən dağı ilə bağlı həyəcanlı xəbərlər izləyirik. Suriyanın quzeyində türkmənlərin yaşadıqları bu ərazilərdə qan gövdəni götürüb. Sosial şəbəkələr türkmənlərin dağılmış, parçalanmış meyitləri ilə doludur. Uşaqların ürək parçalayan şəkillərinə baxanda elə onlarınkı kimi insanın bağlı parça-parça olur.. 

Bəşər Əsədə dəstək verən Kremlin hava hücumlarından sonra bölgədə durum daha dəşhətli hal alıb. Rusiyanın hərbi uçaqları hərbi obyektlər, Əsədə qarşı döyüşən birliklərin dislokasiya yerləri ilə yanaşı dinc əhalini də bombalayır. Canını sağ tapan İraq sərhədinə doğru qaçır. Çatıb-çatmayacaqları bəlli deyil - koalisiya hava hücumlarının trayektoriyasını hər keçən gün genişləndirir. 

Türkmənlər çarəsiz qalıblar. Başlarına yağan bombaları durduracaq nə siyasi iradə, nə güc var. Türkiyədən umacaqları böyük olsa da, Ankaranın çoxtərəfli Suriya siyasətində türkmənlərə açıq dəstək yoxdur. Dünyanın gözü qarşısında bir millət öz dədə-baba torpaqlarından qovulmaq bir yana, faktiki yox edilmək təhlükəsi ilə üz-üzədir. Səslərini, hayqırtıların eşitdirmək iqtidarında deyillər. Dövlətsiz millət olmaq talelərin ən acısıdır...

Heç bir səbəb günahsız insanların ölümünə haqq qazandırmır. Ancaq bu qanı durdurmağı mümkünsüz edən səbəbləri də sadalamamaq olmur. Türkmənlərin yaşadıqları müsibətin xronologiyasına baxdıqda ilk gözə dəyən toplumun təriqətlər arasında param-parça olmasıdır. 

Fevralda Dəməşqdə olarkən Suriya parlamentindəki türkmən millət vəkili ilə görüşmək imkanımız olmuşdu. Millətinin ağır durumundan danışarkən deyirdi ki, Suriya türkmənlərinin əsas faciəsi Bəşər Əsəd rejiminə müxalifətə keçəndən sonra başlayıb. Ölkədə qarışıqlıq yaranandan sonra sünni təriqətində olan türkmənlər müxalifətin tərəfinə keçib. Daha sonra onların bir hissəsi İŞİD təəssübkeşinə çevrilib. Şiə türkmənlərin bir hissəsi ələvi Bəşər Əsədin yanındadı. Onlar hökumət qüvvələrinin tərkibində İŞİD-ə və türkmən qardaşlarının da olduğu digər müxalif qüvvələrə qarşı vuruşurlar. Şiə türkmənlərinin başqa bir hissəsi isə daha sakit torpaq axtarışı ilə Ərbildəki kürd yönətiminin tərəfinə keçib. Başqa sözlə, türkmənlər savaşla müşayiət olunan siyasi proseslər burulğanından milli yox, dini düşüncələri ilə çıxmağa çalışıblar, ancaq sonucda çıxmaza düşüblər. 

İndi hökumət qüvvələri ilə vuruşanların da, müxaliflərin cərgəsində hökumət qüvvələrinə silah tuşlayanların da, PKK-nın zəbt etdiyi Ərbildə sakit həyat axtaranların da ailələri Əsəd rejiminə dəstək verən Rusiyanın bombardmanını altındadır. Təriqətlərə bölündükləri üçün türkmən xalqının lideri yoxdur. Dini baxışlar millətin eyni mövqedən çıxış etməsinə imkan vermir. Bir qrupun qəbul etdiyi lideri digəri qəbul etmir, digərinin sözçü saydığını qarşı tərəf özününkü saymır. Çox faciəvi durumdur - bir millətin taleyi təriqətlər arasında çəkişmə pridmetinə çevrilib.

Türkmənlərin yaxın gələcəkdə toparlana biləcəyi böyük sual altındadır. Qərb çözüm sürəcinin Əsədli, ya Əsədsiz olması haqqında uzun-uzadı baş sındırır, koalisiya qüvvələri hərbi əməliyyatları davam etdirir, Əsəd dirənir, Qərb Ukraynanı Rusiyanın "yadından çıxarmaq" üçün onu da hərbi əməliyyatlara cəlb edir, iqtisadi maraqlar hər an yeni qərarların qəbul edilməsinə səbəb olur. Bu gün bir, sabah digər silahlı qüvvənin nəzarətinə keçən ərazilərdə bir xalq göz görəsi məhv edilir. 

Demək, din hər zaman bütövləşdirici amil sayıla bilməz. Bir neçə milləti bir çətir altında birləşdirə bilən din, təriqətlərə bölündükdə bir millətin məhvinə də yol aça bilir. Din qardaşı  qan qardaşında irəli ola bilərmi? Mümkün olsaydı, məhv olmaqdan qaçan türkmənlər "haray deyib" qan qardaşları Türkiyənin yox, din qardaşları Qətərin, Səudiyyənin zəngin qapılarını döyərdi... 

Din adına parçalanmamalı. Türkmənlərin taleyi türk qövmünə  dağ oldu, barı görk də olsun.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda sərxoş kişi özünü bıçaqlayaraq intihara cəhd edib

25 May 2017 03:32

Litva səciyyəli minimalizm - FOTO

25 May 2017 03:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 03:29

Tərtərə palçıqlı yağış yağdı

25 May 2017 03:19

Tovuzda zəhərlənmə: 25 yaşlı gənc spirtli içkidən komaya düşdü

25 May 2017 03:08

Türkiyədə Nuhun gəmisi tapıldı

25 May 2017 02:59

Hizer jurnala bəzək oldu - FOTO

25 May 2017 02:32

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

25 May 2017 02:27

"Barselona"nın futbolçusu "İnter"ə keçir

25 May 2017 02:23

Ağıllı KİŞİLƏR, yoxsa QADINLAR daha çox xəyanət edir? - ARAŞDIRMA

25 May 2017 02:18

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47

Beyini qoruyan maddə

24 May 2017 23:47

Belyerin "Barselona"ya söz verib

24 May 2017 23:47

Qaşlar üçün parik hazırlandı

24 May 2017 23:42

Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər

24 May 2017 23:42

Acı bibər əlinizi göynətdisə, nə etməli? - ÜSULLAR

24 May 2017 23:42

Türkiyə Rusiya buğdası və günəbaxan yağının idxalını məhdudlaşdırıb

24 May 2017 23:42

Somalidə partlayış baş verib:

24 May 2017 23:40

"Sezar" kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

24 May 2017 23:37

Siqaret çəkən qadınlara PİS XƏBƏR: hər 5 ildə...

24 May 2017 23:37

Yeni güclü antibiotik yaradıldı - Qorxulu dərdlərin dərmanı

24 May 2017 23:36