Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq artist beynəlxalq forumda iştirak edəcək

Xalq artist beynəlxalq forumda iştirak edəcək

Date: 3 December 2015 23:26

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycanın xalq artisti Samir Cəfərov Belarusun paytaxtı Minskə qastrol səfərinə gedir.
 
Axşam.az Report-a istinadən xəbər verir ki, səfər dekabrın 16-dan 20-nə kimi davam edəcək. Samir Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək.

Son illərdə Milad Opera forumu Belarus Respublikasının mədəni həyatında əsas musiqi tədbirlərindən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində keçirilən tamaşa və konsertlərdə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar qonaq olur, premyeralar və Qala konsertləri təşkil edilir.
 
Qeyd edək ki, Azərbaycanı bu tədbirdə 2013-cü ildə xalq artisti Əli Əsgərov, 2014-cü ildə isə əməkdar artist Afaq Abbasova isə təmsil edib.

Tags:  Xalq artist beynəlxalq forumda iştirak edəcək

RƏYLƏR


Top news