Putinin "qara işləri"ni idarə edən adam (VİDEO, FOTO)

Putinin "qara işləri"ni idarə edən adam (VİDEO, FOTO)
23:46 3 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki "qaranlıq işlərini" FİDE prezidenti Kirsan İlyumjinov icra edir. ANS PRESS-in məlumatına görə, İlyumjinov İŞİD neftini Əsəd rejiminə satan şəxslərdən biridir.

FİDE prezidenti ABŞ Xəzinə Nazirliyi ilə Avropa Birliyinin "qara siyahısı"nda yer alır. İlyumjinov Putinin liderlik etdiyi "Vahid Rusiya" Partiyasının üzvüdür. Putinə yaxın şəxs sayılan İlyumjinov, həmçinin Kalmıkiya Respublikasının başçısı olub.



Yaxın Şərqdə harada döyüş var, neft, təbii qaz var, orada bu adam ortalığa çıxır. Silahın, neftin, təbii qazın danışdığı yerlərdə, Putinin adına diktatorlarla birlikdə hərəkət edir. Putinin Yaxın Şərqdəki "qaranlıq işləri"nin elçisi olaraq bu adam qoltuğunun altında şahmat taxtasıyla qapı-qapı gəzir.


İlyumjinov Səddam Hüseynlə

O, İraqda devrilənə qədər Səddam Hüseynlə, linç edilənə qədər də Liviyada Qəddafi ilə iş görüb. 2012-ci ildən bəri isə Suriyada Bəşər Əsəd ilə birlikdədir. 2003-cü ildəki İraq işğalı müddətində tez-tez Bağdada gedib. Səddam Hüseynlə danışıqlar aparıb. Rusiya ilə İraq arasındakı neft və silah daxil olmaqla bir çox qeyri-qanuni işin təmaslarını icra edib.


Kirsan Qəddafi ilə şahmat oynayır.

2011-ci ildə Liviyada olub və Qəddafi ilə şahmat oynayıb. 2011-ci ilin mart ayında Liviyaya müdaxilə başladıqdan sonra da o, Tripoliyə tez-tez gedib gəlib. Qəddafi aradan itib, öldürülənə qədər keçmiş diktatorun yanında yer alıb. Bu müddətdə Rusiya ilə Liviya arasında yenə silah başda olmaq üzrə bir çox "proyektlər" həyata keçirilib. Qəddafi öldükdən sonra istiqaməti Tripolidən Suriyaya çevirib. 2012-ci ildən bu yana tez-tez Suriyada Bəşər Əsədlə görüşüb. İŞİD in işğal etdiyi zavodlardan çıxan nefti 2013-ci ildən etibarən Suriya rejiminə gətirən şəbəkəni Corc Haşvani ilə birlikdə idarə edir.


Bəşər Əsədlə görüş.

İlyumjinovun bir ayağı həmişə Ermənistanda olub. Putin Azərbaycanın bir nömrəli düşməni olan Ermənistanı ovucunda tutub, idarə edərkən yenə "şahmat adamı"nı istifadə edib. Kirsan İlyumjinovun ən əhəmiyyətli iş gördüyü prezidentlərdən biri də Sarkisyan olub. O, Sarkisyan ilə də dəfələrlə şahmat masasına oturub.

Putin İsrailə bir söz verib, Suriyaya girdi. O söz İsrailin təhlükəsizliyini qorumaq idi. Ancaq Rusiyanın Yaxın Şərq siyasəti ikiüzlülüklə doludur. Putin"şahmat adamı"nı dünya şahmat birliyinin fəaliyyəti adı altında Fələstinə də göndərdi və Fələstin Dövlət Başçısı Mahmud Abbasla da görüşdürdü.


İlyumjinov Sarkisyan ilə

Rusiyada Putin və baş nazir Medvedevin təlimatlarıyla hərəkət edən Kirsan İlyumjinov, bir ara Türkiyədə də gündəmə gəlmişdi. Özünü yadplanetlilərin qaçırdığını, kosmosa gedib gəldiyini, hətta şahmatın yadplanetlilərin icad etdiyi bir oyun olduğunu söyləmişdi.


Mahmud Abbasla görüş.

Türkiyə və Rusiya arasında yaranan təyyarənin vurulması böhranı ölkələr arasında gərginliyin artmasına gətirib çıxarıb. Tərəflər arasında iqdisadi məsələlərdən sonra indi də hər iki ölkənin KİV-i bir-birini ittiham etməkdə davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR